|
• Dünyadaİranlı incəsənət ustası qızılı zərlə toxuduğu Quranı İmam Əli (ə) hərəminə hədiyyə etdiİranlı incəsənət ustası Seyid Əli Əsğər Musəvi qızıl suyuna salınmış zərlə toxuduğu Quran- Kərim nüsxəsini İmam Əlinin (ə) mövludu münasibətilə O Həzrətin (ə) hərəminə hədiyyə edib. Ahlibeyt.az-ın iqna-ya istinadən verdiyi xəbərə görə, İmam Əlinin(ə) müqəddəs hərəminin rəsmi xəbər və informsiya portalının (imamali.net) paylaşdığı xəbərə əsasən, müsəlmanların birinci imamı Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövldudu münasibətilə İraqın Nəcəf şəhərində O həzrətin (ə) müqəddəs hərəminin Həzrət Zəhra (s) səhnində bayram mərasimi keçirilib. Bu bayram mərasimində İraqın müqəddəs ziyarətgahlarının məsulları və nümayəndələri, mərcəi-təqlid müctəhidlərinin dəftərxana nümayəndələri, Nəcəf-Əşrəf Elmi Dini Hövzəsinin ustad və tələbələri, İraqın dövlət idarə və müəssisələrinin məsulları iştirak ediblər. Mərasim Quran- Kərimin qiraəti ilə başlayıb, mövludnamələr və dini nəğmələr oxunub və Əmirəlmöminin İmam Əlinin (ə) müqəddəs hərəminin idarə heyətinin rəisi Seyid Nəzar Haşim Həblulmətin mövlud münasibəti ilə İmam Əlinin (ə) şəxsiyyəti barədə danışıb. Bu mərasimdə iranlı incəsənət, hüsnxətt və xəttatlıq ustası Seyid Əli Əsğər Musəvi qızıl suyuna salınmış zərlə toxuduğu Quran- Kərim nüsxəsini İmam Əlinin (ə) mübarək mövludu münasibətilə O Həzrətin (ə) hərəminə hədiyyə edib ki, bu Quran nüsxəsi İmam Əlinin (ə) hərəminin muzeyində sərgiyə qoyulacaqdır. İranın Əl-Borz vilayətindən olan hüsnxətt və xəttatlıq ustası Seyid Əli Əsğər Musəvinin qızılı zərlə toxuduğu Quranın vərəqləri bürünc və qızıldandır ki, xəttatlıq terminologiyasında belə yazılışa "MÜTƏLLA" deyilir və öz növündə misilsiz bir Quran nüsxəsidir. Seyid Əli Əsğər Musəvinin sayca ikinci olan bu incəsənət əsəri 54 vərəqdə, 20 x 30 sm. ölçüdə və nəsx xətti ilə yazılmışdır. Vərəqlər isə bürünc lülələr ilə bir birinə birləşmişdir. Çəkisi isə 30 kq.dır. Açılarkən isə uzunluğu 8 metr edir və istənilən şəkildə bir yerə toplamaq və düzənləmək olur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2017 17:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |