|
• DünyadaTürkiyə prezidenti R.T.Ərdoğan "Ayasofya"da cümə namazı qılacaqTürkiyə mətbuatı prezidentin bu qərarını birmənalı qarşılamayıb. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə "İslam-Todey"-in məlumatında bildirilir ki, Türkiyə Prezidenti Müqəddəs Sofiya (Ayasofya) məbədində cümə namaz qılacaq. Türkiyə mətbuatı prezidentin bu qərarını birmənalı qarşılamayıb. Jurnalistlərin fikrincə, ölkə başçısı belə bir addımı, bu yaxınlarda Türkiyə ilə Niderland arasında baş vemiş diplomatik qalmaqaldan sonra Qərblə münasibətlərdə yaranmış gərginliyə cavab olaraq atır. "Ayasofya" Bizans İmperiyasının mədəni irsi hesab edilir. Analitiklər hesab edirlər ki, orada namazın qılınması xristian-müsəlman münasibətlərini gərginləşdirə bilər. Qeyd etmək lazımdır ki, "Ayasofiya" (Yunan dilindən tərcümədə "Müqəddəs hikmət" sözü deməkdir) VI-cı əsirdə inşa edilib. "Ayasofiya" kilsə kimi doqquz əsr boyu xidmət edib.Yalnız 1453-cü ildə Osmanlı imperiyası Bizans üzərində qələbədən sonra Fateh Sultan Mehmet tərəfindən məscidə çevrilmiş və 1935-ci ilə qədər dindarların xidmətində olmuşdur. Məscid binası müasir Türkiyə Respublikasının quruluşuna qədər 400- ildən çox fəaliyyət göstərib və1935-ci ildə M.K.Atatürkün dekretinə əsasən inanclıların əlindən alınaraq muzey istifadəsinə verilib. Yalnız 2006-cı ildə "Ayasofya" muzeyi kompleksinin bir hissəsi dini ayınlərin yerinə yetirilməsi üçün müsəlmanların ixtiyarına verilib. Hazırda bina YUNESKO-nun Dünya İrsinə daxildir və Bizans memarlığının şah əsəri kimi hesab edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2017 10:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |