إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakının mərkəzində məscidi sökmək istəyirlər?

“Sovetski” kimi tanınan ərazidə söküntü işləri və yeni yolların çəkilməsi prosesi davam edir. Bu zaman bir sıra tarixi binalarla yanaşı, həm memarlıq, həm də tarixi əhəmiyyəti olan bir neçə məscid də söküldü. Sökülən məscidlər fəaliyyət göstərmədiyi üçün ciddi etiraz doğurmadı.

İslam.az-ın əldə etdiyi məlumata görə, bu dəfə “Sovetskidə” yüzlərlə insanın gəldiyi “Hacı Cavad” məscidini sökmək istəyirlər. Bir müddət əvvəl məscid rəhbərliyinə bildirilmişdi ki, narahatlığa əsas yoxdur, məscid sökülməyəcək. Lakin bu gün cümə namazından sonra özünü Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən bir neçə şəxs məscidə gələrək bildiriblər ki, “2 gün ərzində məscid söküləcək, məscidi boşaldın.” Hadisə gözlənilməz olduğu üçün məscid rəhbərliyi də çaş-baş qalıb və camaata bu barədə nə deyəcəklərini bilməyiblər.

Qeyd edək ki, son günlər digər bir məscid – İlahiyyat məscidinin sökülməsi də gündəmə gəlmişdi. Ötən həftənin cümə günü kimlərsə məscid rəhbərliyinə demişdi ki, “bu gün son cümə namazınızdır. Məscid söküləcək.” Lakin sonra həm DQİDK, həm də QMİ məsələni təkzib etdi. Sanki kimlərsə dindarlarda qıcıq yaratmaq və buna veriləcək reaksiyanı yoxlamaq istəyir.

Onu da əlavə edək ki, bir neçə il əvvəl  Günəşlidə yerləşən “Fatimeyi-Zəhra” məscidini sökmək qərarı alınmışdı. Lakin Azərbaycan Prezidentinin şəxsən işə qarışmasından sonra bundan imtina edildi. Amma uzun müddətdir ki, məscidin tikintisinə də icazə vermirlər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2017  15:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!