إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəşər Əsəd: Suriya dünya xəritəsindən silinə bilər...

"Əgər biz bu müharibədə qalib gəlməsək, bu o deməkdir ki, Suriya dünya xəritəsindən silinəcək".

Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən verdiyi xəbərə görə,bunu Suriya prezidenti Bəşər Əsəd Xorvatiyanın "Vecernji list" qəzetinə müsahibəsi zamanı bildirib.

Suriyanın rəsmi SANA agentliyinin yaydığı məlumatda qeyd olunur ki,Bəşər Əsəd müsahibədə bildirib ki, Rusiya və öz xalqının dəstəyi ilə Suriya ordusu böyük uğurlar qazanıb.

Suriya prezidenti həmçinin vurğulayıb ki, xalqın dəstəyi olmasa. heç bir müharibədə qələbə qazanmaq mümkün deyil.

Bəşər Əsəd bəyan edib ki, Suriyada dinc əhalini qorudğunu iddia edən "Ağ dəbilqələr" təşkilatının üzvləri əslində "Əl-Qaidə" terror qruplaşmasının tərəfdarlarıdır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2017  13:39 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!