إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Siddiqi Gürcüstan hökumətini təkfirçi qruplaşmalarla bağlı diqqətli olmağa çağırıb

İranın nüfuzlu din xadimi,Tehranın imam-cüməsi,əslən azərbaycanlı alim Ayətullah Kazım Siddiqinin Gürcüstan səfəri başa çatıb.

Ahlibeyt.az-ın məlumatına görə,ölkəsinə qayıtmamışdan öncə Ayətullah Kazim Siddiqi və nümayəndə heyəti nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyində(DMDA) olublar.

Qonaqları dövlətin dini qurumunun rəhbəri Zaza Vaşakmadze və əməkdaşları ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və ruhanilər tərəfindən qarşılanıb.

DMDA-nın sədri qonaqlara ölkə müsəlmanlarının say, tərkib və vəziyyəti haqda, dövlətin müsəlmanlara diqqət və qayğısının və hətta maddi dəstəyi haqda söz açaraq Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu söyləyib.

Ayətullah Siddiqi və onu müşaiyət edən nümayəndə heyəti səmimi görüşdən və xoş qarşılanmadan məmnun qaldıqlarını ifadə edərək Gürcüstan dövlətinə minntədarlıqlarını bildirdilər.

Ayətullah Siddiqi bu gün din adına bütün dünyanı təhdid edən təkfirçi terror qruplaşmalar barəsində ölkənin diqqətli olmasının vacibliyindən danışıb, sağlam ənənəvi İslam dinin şübhəsiz inkişaf etməsinin ölkədə sülh, sayqı və əmin-amanlıq gətirəcəyindən əmin olmalarını dilə gətirdi. Din və dövlət münasibətlərində qarşılıqlı sayqının olmasının və problemlərin danşıqlar yolu ilə həllinin önəmindən söz açaraq Gürcüstanla bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdi.

Görüşün sonunda tərəflər bir-birilərinə hədiyyələri təqdim edib xatirə fotoları çəkdirdilər.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2017  13:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!