|
• DünyadaABŞ Suriyada məscidi bombardman etdi: 58 ölü"Zərbə endirilən zaman məsciddə 200-300 nəfər olub." Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə,“Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyanın Hələb əyalətinin əl-Ətarib rayonunin əl-Cina kəndində yerləşən məscidə hava zərbələri endirilib. Hücum nəticəsində 58 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı qeyd edilib. “Hərbi təyyarə namaz əsnasında məscidi bombardman etdi.”, - yerli asayiş keşikçilərinin nümayəndəsi Yəhya Cavad bildirib. “Əməkdaşlarımız dağıntılar altında qalanları xilas etməyə çalışır. Zərbə endirilən zaman məsciddə 200-300 nəfər olub.”, - deyə o əlavə edib. AFP-in məlumatına əsasən, ABŞ hərbçiləri Suriyanın Hələb əyalətində məscidin yaxınlığına zərbə endirdiyini etiraf edib və bombardman nəticəsində 40-dan çox insanın həlak olması haqda məlumatı yoxlayır. Bu haqda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama verib. Son məlumatlara görə dünyasını dəyişənlərin sayının 72 nəfərə çatdığı qeyd edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2017 11:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |