
"Zərbə endirilən zaman məsciddə 200-300 nəfər olub."
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə,“Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyanın Hələb əyalətinin əl-Ətarib rayonunin əl-Cina kəndində yerləşən məscidə hava zərbələri endirilib.
Hücum nəticəsində 58 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı qeyd edilib.
“Hərbi təyyarə namaz əsnasında məscidi bombardman etdi.”, - yerli asayiş keşikçilərinin nümayəndəsi Yəhya Cavad bildirib.
“Əməkdaşlarımız dağıntılar altında qalanları xilas etməyə çalışır. Zərbə endirilən zaman məsciddə 200-300 nəfər olub.”, - deyə o əlavə edib.
AFP-in məlumatına əsasən, ABŞ hərbçiləri Suriyanın Hələb əyalətində məscidin yaxınlığına zərbə endirdiyini etiraf edib və bombardman nəticəsində 40-dan çox insanın həlak olması haqda məlumatı yoxlayır. Bu haqda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama verib.
Son məlumatlara görə dünyasını dəyişənlərin sayının 72 nəfərə çatdığı qeyd edilir.