إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dini Komitə üç təhsil müəssisəsinə qeydiyyat şəhadətnaməsi verib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.

Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən  verdiyi məlumata görə, komitə sədri Mübariz Qurbanlı təqdimat zamanı islam dünyasının bir parçası kimi Azərbaycanda milli-mənəvi dəyərlərin və xalqımıza məxsus xüsusiyyətlərin qorunub saxlandığını diqqətə çatdırıb.

O tarixdən gələn bu ənənələrin gələcək nəsillər tərəfindən də davam etdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə dünyada örnək ölkələrdən biri olduğunu deyib: "Respublikamızda hər hansı bir məzhəb ayrı-seçkiliyinə rast gəlinmir”.

Sonra dövlət qeydiyyatına alınmış Şəbnəm (qızlar) İslam,  Şəki (hafizlik) İslam və Əliabad İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.

Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri dinə, dindarlara diqqət və qayğısına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, rəhbərlik etdikləri dini təhsil müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.

Bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2017  17:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!