إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq məhkəməsi İŞİD hakerinə ölüm hökmü çıxarıb

İstintaqın qənaətinə görə,təqsirləndirilən şəxs sosial şəbəkələrdə İŞİD terror qruplaşmasının ideologiyasının yayılması ilə məşqul olub.

Ahlibeyt.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bazar günü Bağdad məhkəməsi İŞİD terror qruplaşmasına işləyən hakeri ölüm cəzasına məhkum edib.

Məhkəmə nümayəndisi bildirib ki,təqsirləndirilən şəxs İŞİD qruplaşmasının "elektorn ordu"üzvü olub və cinayətlərini bir sıra ərəb ölkələrindən olan şəxslərlə əlbir olaraq törədib.

Açıqlamada qeyd olunub ki,ölüm hökmünün çıxarılması üçün məhkəmənin əlində yetərincə sübutlar olub.

Qruplaşmanın əsas vəzifəsi “Tvitter” və “Feysbuk” sosial şəbəkələrində İŞİD ideologiyasının yayılması, eləcə də  Yaxın Şərq və digər regionlarda haker hücumlarının həyata keçirilməsindən ibarət olub.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2017  11:41 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!