
İstintaqın qənaətinə görə,təqsirləndirilən şəxs sosial şəbəkələrdə İŞİD terror qruplaşmasının ideologiyasının yayılması ilə məşqul olub.
Ahlibeyt.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bazar günü Bağdad məhkəməsi İŞİD terror qruplaşmasına işləyən hakeri ölüm cəzasına məhkum edib.
Məhkəmə nümayəndisi bildirib ki,təqsirləndirilən şəxs İŞİD qruplaşmasının "elektorn ordu"üzvü olub və cinayətlərini bir sıra ərəb ölkələrindən olan şəxslərlə əlbir olaraq törədib.
Açıqlamada qeyd olunub ki,ölüm hökmünün çıxarılması üçün məhkəmənin əlində yetərincə sübutlar olub.
Qruplaşmanın əsas vəzifəsi “Tvitter” və “Feysbuk” sosial şəbəkələrində İŞİD ideologiyasının yayılması, eləcə də Yaxın Şərq və digər regionlarda haker hücumlarının həyata keçirilməsindən ibarət olub.