إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq Baş naziri Heydər əl-Abadi Mosula gəlib

İraq Baş naziri Heydər əl-Abadi 2014-cü ildə Mosul İŞİD terror təşkilatı tərəfindən ələ keçirildiyi vaxtdan bəri ilk dəfə şəhərə gəlib.

Ahlibeyt.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə “As-Sumariya” telekanalı məlumat yayıb.

İraq Silahlı Qüvvələri hələ də terrorçuların nəzarətində olan qərbi Mosulun mərkəzi məhəllələrinə doğru irəliləyir.

SalamNews xəbər verir ki, “Shafaq News” xəbər portalının məlumatına əsasən, hərbçilər milli muzey, mərkəzi bank, şəhər və Neynava əyalət administrasiyasının binasını azad ediblər.

İraq Daxili İşlər Nazirliyi istinadla məlumatına görə,İraq təhlükəsizlik qüvvələri Mosulda baş hökumət binasına nəzarəti ələ alıblar.

Xəbərlərdə Mosul Ali Məhkəmə binasının terrorçulardan təmizlənməsi bildirilir.

Polkovnik-leytenant Əbdül Amir əl-Məhəmmədavi İraq ordusunun Mosulda baş hökumət binasını və onu əhatə edən digər hökumət komplekslərini geri aldığı barədə məlumat verib.

Mosulun qərb və şərq sahillərini birləşdirən beş körpüdən ikisi tam olaraq hökumətin nəzarətinə keçib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2017  14:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!