|
|
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin təqdimatı olubNaxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirilən təqdimat mərasimində Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edib. Ahlibeyt.az-ın naxchivantv-yə istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan 2018” loqotipinin hazırlanması haqqında 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilib. Müsabiqəyə 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunub,-deyən Ülviyyə Həmzəyeva müsabiqənin bütün iştirakçılarına təşəkkürünü bildirib. Qeyd olunub ki, fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib. Həmin tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də İslam Mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə əks olunub. Təklif olunan loqotip “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi kimi qəbul olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov və Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış edərək loqotipi yüksək qiymətləndiriblər. Loqotipin müəllifi Tapdıq Həmzəyev də tədbirdə çıxış edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2017 13:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |