|
|
Yaxın Şərq ölkələrinin XİN rəhbərləri Bakıya toplaşırYaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri V Qlobal Bakı Forumunda bir araya gələcəklər. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Diasporla İş üzrə Dövlət Komitəsindən Salamnews-a verilən məlumatda bildirilir ki, tədbirdə Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının Baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin və ilk dəfə forumda təmsil olunan İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottaki iştirak edəcəklər. Dipolomatlar forum çərçivəsində beynəlxalq münasibətlərin gələcəyini, bu münasibətlərin nizama salınmasında zəruri olan ittifaqların qurulmasını, terrorizmlə mübarizənin yollarını, transatlantik münasibətlərin gələcəyini, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərini müzakirə edəcək, qlobal problemlərin həll yolları barədə təkliflərini səsləndirəcəklər. V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Fevral, 2017 16:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |