|
|
Bankir Azərbaycanda İslam bankçılığının inkişafını zəiflədən amili açıqlayıb "Azərbaycan praktikası göstərir ki, tənzimləyicinin iştirakı olmadan İslam bankçılığı məhsullarının tətbiqi müəyyən mərhələyədək mümkündür".
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın dövlət bankı olan "Sberbank"ın İdarə Heyəti sədrinin müavinin müşaviri Behnam Qurbanzadə bildirib.
"İslam bankçılığı sahəsində yeni məhsullar üzərində işləyərkən qanunvericiliyin tələblərini mütləq nəzərdən keçirməlisiniz. Azərbaycan praktikası göstərir ki, tənzimləyicinin iştirakı olmadan İslam bankçılığı məhsullarının tətbiqi müəyyən mərhələyədək mümkündür. Lazımi qanunvericilik bazası olmadıqda, siz məhsulların üstünlüyünün kiçik hissəsindən yararlana bilərsiniz. Biz isə istəmirik ki, Rusiyada İslam bankçılığı haqqında mənfi imic formalaşsın", - deyə o bildirib.
Qeyd edək ki, B. Qurbanzadə 2012-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İslam bankçılığı departamentinin rəhbəri olub. Ardından ABB departamenti ləğv edib. Bundan bir müddət sonra B. Qurbanzadə "Amrahbank"ın İdarə Heyəti sədrinin müavini təyin olunub, lakin bu vəzifədə çox işləyə bilməyib. Bundan sonra bankir Rusiyaya üz tutub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Fevral, 2017 11:07 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |