|
• DünyadaPakistanda tanınmış sufi məqbərəsində terror - 72 nəfər ölüb, 250-dən çox insan yaralanıbPakistanın cənubunda yerləşən Sind əyalətində törədilmiş terror aktı nəticəsində azı 72 nəfər ölüb, 250-dən çox insan yaralanıb. Ahlibeyt.az-ın İnterfax-a istinadən verdiyi xəbərə görə,terrorçu-kamikadze Sehvan-Şərif şəhərində yerləşən tanınmış sufi davamçısı və şair Şahbaz Qləndərin dəfn olunduğu məscid -ziyarətgahda daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Terror aktı insanların axşam namazı üçün toplandığı zaman baş verib. Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Ölkənin Baş naziri Nəvaz Şərif terror aktını ölkənin gələcəyinə edilən hücum kimi qiymətləndirib. Məlumata görə, "Cəmaətul-Əhrar" və İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürülüb. Pakistan Silahlı Qüvvələri Sehvan-Şərifdə törədilən və 74 nəfərin həyatına son qoyan terror aktından sonra ölkənin müxtəlif hissələrində həyata keçirdiyi reydlərdə 36 terrorçunu zərərsizləşdirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2017 11:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |