
Pakistanın cənubunda yerləşən Sind əyalətində törədilmiş terror aktı nəticəsində azı 72 nəfər ölüb, 250-dən çox insan yaralanıb.
Ahlibeyt.az-ın İnterfax-a istinadən verdiyi xəbərə görə,terrorçu-kamikadze Sehvan-Şərif şəhərində yerləşən tanınmış sufi davamçısı və şair Şahbaz Qləndərin dəfn olunduğu məscid -ziyarətgahda daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb.
Terror aktı insanların axşam namazı üçün toplandığı zaman baş verib.
Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Ölkənin Baş naziri Nəvaz Şərif terror aktını ölkənin gələcəyinə edilən hücum kimi qiymətləndirib.
Məlumata görə, "Cəmaətul-Əhrar" və İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürülüb.