إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə SQ Suriyada İŞİD-in 245 mövqeyinə zərbə endirib, 43 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı zamanı İŞİD terror təşkilatının 43 üzvü öldürülüb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin keçirdiyi əməliyyat zamanı İŞİD-in 245 mövqeyinə zərbələr endirilib. Hücum nəticəsində terrorçuların sığınacaq yerləri, müdafiə mövqeləri, idarəetmə məntəqələri, silah-sursat anbarları məhv edilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Fevral, 2017  11:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!