
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı zamanı İŞİD terror təşkilatının 43 üzvü öldürülüb.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin keçirdiyi əməliyyat zamanı İŞİD-in 245 mövqeyinə zərbələr endirilib. Hücum nəticəsində terrorçuların sığınacaq yerləri, müdafiə mövqeləri, idarəetmə məntəqələri, silah-sursat anbarları məhv edilib.