|
• DünyadaMyanmada 87 min müsəlman evlərini tərk etməyə məcbur oldularBMT-nin humanitar işlər üzərə katibliyinin elan etdiyinə görə, indiyədək ən azı 21 min miyanmalı müsəlman ölkə daxilində öz evindən didərgin düşmüş və 66 min nəfər isə Banqladeşə qaçıblar. Ahlibeyt.az-ın iqna-ya istinadən məlumatına görə, Myanmada müsəlmanlar əleyhinə başlanan zorakılıq hadisələrindən sonra indiyədək ən azından 21 min müsəlman ölkə daxilində öz evindən didərgin düşmüş və 66 min nəfər isə Banqladeşə qaçıblar. BMT-nin humanitar işlər idarəsinin həftəlik hesabatında deyilir: Myanmanın şimali əyalətlərində BMT-nin humanitar yardım qərargahları yerləşdirilib və didərgin düşmüş müsəlmanlara köməklər göstərirlir, amma Myanma dövləti hələ də beynəlxalq təşkilatların bəzi regionlara girişinə icazə vermir. Myanma dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur. Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanma müsəlmanları buddistlərin hücumlarına məruz qalıblar və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşmüşdür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Yanvar, 2017 12:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |