إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kərbəlada beynəlxalq hava limanı tikilir - 2 ilə istifadəyə veriləcək - Foto

İmam Hüseynin (ə) hərəminin idarə rəhbəri ilə Britaniyanın “Cooper Jess” şirkətinin nümayəndəsi Kərbəlada beynəlxalq hava limanının tikintisinə dair müqavilə imzalayıb.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, imzalanmış müqaviləyə əsasən beynəlxalq hava limanının tikintisi tezliklə başlayacaq və 2 il müddətinə başa çataraq istifadəyə veriləcək.

Britaniyalı şirkətin nümayəndəsi deyib ki, Kərbəlada beynəlxalq hava limanının tikintisinə yaxın 10 gün ərzində start veriləcək.

Qeyd edək ki, bu hava limanında eniş zolağının uzunluğu 4 kilometr yarım olacaq. Kərbəla beynəlxalq hava limanı ildə 15-20 milyon zəvvara xidmət göstərəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2017  12:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!