
İmam Hüseynin (ə) hərəminin idarə rəhbəri ilə Britaniyanın “Cooper Jess” şirkətinin nümayəndəsi Kərbəlada beynəlxalq hava limanının tikintisinə dair müqavilə imzalayıb.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, imzalanmış müqaviləyə əsasən beynəlxalq hava limanının tikintisi tezliklə başlayacaq və 2 il müddətinə başa çataraq istifadəyə veriləcək.
Britaniyalı şirkətin nümayəndəsi deyib ki, Kərbəlada beynəlxalq hava limanının tikintisinə yaxın 10 gün ərzində start veriləcək.
Qeyd edək ki, bu hava limanında eniş zolağının uzunluğu 4 kilometr yarım olacaq. Kərbəla beynəlxalq hava limanı ildə 15-20 milyon zəvvara xidmət göstərəcək.