|
• DünyadaAvstriyalı nazirin hicabla bağlı açıqlamasına qarşı etiraz aksiyası keçirilibAvstriya müsəlmanları və fəalları bu ölkədə dövlət qulluqçuları üçün hicabın qadağan edilməsi layihəsinə qarşı Vyanada etiraz aksiyası keçirib. Ahlibeyt.az-ın Maide.az-a istinadla xəbər verir ki,bazar günü Vyana universitetinin yaxınlığında keçirilən etiraz aksiyasına qatılanlar dövlət qulluqçuları xüsusi ilə müəllimlər üçün hicabın qadağan edilməsi layihəsinə qarşı şüarlar səsləndirib. Etirazçılar ölkədə dinindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquq və azadlıq tələb ediblər və bu qanunu layihəsini qəbul olunmaz adlandırıblar. Etirazçılar müsəlmanlar üçün bu kimi qadağaların siyasi məqsədlərlə irəli sürüldüyünü bildiriblər. Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts bir həftə öncə bildirmişdi ki, ölkədə müəllim və dövlət qulluqçuları üçün hicab qadağan edilə bilər. Hicab qadağası layihəsinin təşəbbüskarı məhz Sebastyan Kurts və ölkənin digər tanınmış siyasətçisi Mun Duzdardır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2017 15:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |