18 Yanvar, 2017
Avstriyalı nazirin hicabla bağlı açıqlamasına qarşı etiraz aksiyası keçirilib

Avstriya müsəlmanları və fəalları bu ölkədə dövlət qulluqçuları üçün hicabın qadağan edilməsi layihəsinə qarşı Vyanada etiraz aksiyası keçirib.

Ahlibeyt.az-ın Maide.az-a istinadla xəbər verir ki,bazar günü Vyana universitetinin yaxınlığında keçirilən etiraz aksiyasına qatılanlar dövlət qulluqçuları xüsusi ilə müəllimlər üçün hicabın qadağan edilməsi layihəsinə qarşı şüarlar səsləndirib.

Etirazçılar ölkədə dinindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquq və azadlıq tələb ediblər və bu qanunu layihəsini qəbul olunmaz adlandırıblar.

Etirazçılar müsəlmanlar üçün bu kimi qadağaların siyasi məqsədlərlə irəli sürüldüyünü bildiriblər.

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts bir həftə öncə bildirmişdi ki, ölkədə müəllim və dövlət qulluqçuları üçün hicab qadağan edilə bilər. Hicab qadağası layihəsinin təşəbbüskarı məhz Sebastyan Kurts və ölkənin digər tanınmış siyasətçisi Mun Duzdardır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6130.html