|
• Mənəviyyat • MənəviyyatTəfəkkür insan ruhunun əhatə dairəsini oyadırTəfəkkür və düşüncə İmam Sadiq(ə) buyurur: "Təfəkkür və düşüncə yaxşılıqların güzgüsü, pisliklərin örtüyü, qəlblərin nurlandırıcısı, xoşbəxtliyin açarı və qəlbin genişliyidir.Təfəkkür vasitəsilə insan qiyamət gününün xeyrindən, öz işinin aqibətindən xəbərdar olur, elm və biliyi günbəgün artır. Təfəkkür etməkdən yaxşı ibadət yoxdur." Peyğəmbər(s) buyurur: "Bir saat təfəkkür, bir illik ibadətdən (əlbəttə, burada söhbət müstəhəb ibadətlərdən gedir) daha fəzilətlidir. Yalnız o kəslər bu məqama yetişərlər ki, Allah-təala onları mərifət və tövhid nuru ilə işıqlandırmışdır."(Üsuli-kafi, II c, səh.76 taət və təqva fəsli,hədis7) Təzəkkür (xatırlama) və təfəkkür müxtəlif mərhələlərdə bir-birini izləyir. Gah təzəkkür təfəkkürün başlanğıcı, gah da təfəkkür təzəkkür üçün zəmin yaradır. İnsanın ətrafında baş verən cərəyanlardan yeni məlumatların əldə olunması üçün fikri işə salıb sabitlik və passivlikdən qurtulmaq, durğunluqdan fəaliyyətə keçmək lazımdır. Təfəkkür insanın maddi və mənəvi inkişafının, təkamülünün əsasını təşkil edib, onu başqa məxluqlardan fərqləndirir. Təfəkkür insanı duyğu mərhələsindən düşüncəyə, heyvanlıq dərəcəsindən insanlıq məqamına sövq edir. Təfəkkür insan ruhunun əhatə dairəsini oyadır, onu uca məqamlarda qanad çalmağa həvəsləndirir. Buna görə də Allah-təala möminləri vəsf edərək buyurur: "O kəslər ki, ayaq üstə olanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması barədə düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!…" (Ali-İmran-191) Bu ayədən belə başa düşülür ki, zikr fikirsiz və fikir zikrsiz heç bir fayda verməz. Əgər hər ikisi birgə olsa, insanı heyvanlıq və yırtıcılıq dərəcəsindən ürfan, mərifət zirvəsinə yüksəldər. Ona görə də, əziz qardaş, çalış həmişə Allahı xatırlayasan və eyni halda da təfəkkür edib ruhunu yüksəkliklərdə qanad çalmaq üçün hazır edəsən. Peyğəmbər(s) buyurur: "Ağıllı şəxs özü üçün gərək üç vaxt ayırsın: bir qədər Allah-təala ilə münacat, bir qədər özü ilə hesablaşmaq və bir qədər də Allah-təalanın onun barəsində nə edəcəyi haqda düşünmək üçün. Əlavə bir qədər də istirahət və halal ləzzətlərdən bəhrələnmək üçün bunların üstünə artırsın.(Çünki bu mərhələ insana digərlərini yerinə yetirməkdə kömək edir).
Mənbə: Ayətullah Məhdəvi Kani-İslamda əxlaq
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2017 11:22 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |