|
|
Hacıqabul "Qubalıbalaoğlan" məscidi dini icması maarifləndirmə tədbiri keçiribDini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Hacıqabul rayonu “Qubalıbalaoğlan” kənd məscidi dini icması yanvarın 12-də “Dini ekstremizim və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirib.
Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,Qubalıbalaoğlan kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının şöbə müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev dini icma sədri Alxan Müslümov, dini icma üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini icmanın üzvü və kəndin ağsaqqalı Mirbəşir Əsgərov mövzu barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmə ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində də işlər həyata keçirilir.
Hacıqabul RİH başçısı Aparatının dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev tədbirin əhəmiyyətini vurğulayaraq dövlətimizin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin təbliğindən, tolerant və multikultural dəyərlərdən geniş söhbət açıb.
DQDK-nın Şirvan bölgəsi üzrə baş məsləhətçisi Mürşüd Rzayev dini ekstremizm və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarindan, təhlükələrindən danışıb. Dövlət başçısının dini maarifləndirmə işi aparmaq üçün icmalara maliyyə vəsaiti ayırması yüksək qiymətləndirilib və bu Sərəncamın icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminlik ifadə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2017 12:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |