إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanı Həcc ziyarətilə bağlı toplantıya İranı da dəvət etdi

Səudiyyə Ərəbistanı gələn ilin həcc ziyarətinin proqramlaşdırılması üçün İrana da dəvət göndərib.

Ahlibeyt.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə “Al Hayat” məlumat yayıb.

Səudiyyə Ərəbistanının həcc və ümrə nazirliyi  həcc əməllərinin həyata keçirilməsini müzakirə etmək məqsdəilə 80 ölkəyə dəvət göndərib.

Bu müzakirələrə İran İslam Respublikasından olan heyət də dəvət olunub, lakin İran tərəfi hələ bu dəvətlə bağlı açıqlama verməyib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Həcc ziyarəti zamanı Minada faciə yaşanıb və 769 hacı dünyasını dəyişib.Onlardan çoxu İran vətəndaşı olub. Səriştəsiz həcc ziyarətinin təşkilinə görə Səudiyyə heç kəsdən üzr istəməyib. Bundan sonra yaranan siyasi gərginliklə bağlı  İran zəvvarların təhlükəsizliyini təmin etməyənə qədər vətəndaşlarının Həcc və Ümrə ziyarətlərinə qatılmayacağını bəyan edib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2016  15:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!