|
İlahiyyatçı Elşən Mustafaoğluna hökm oxunubDekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ahlibeyt.az-ın APA-ya istinadla məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən E.Mustafaoğlu son söz deyib. Sonra prosesdə hökm oxunub. Hökmə əsasən, E. Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı onun 12 illik azadlıqdan məhrum edilməsini istəmişdi. Vəkil Əfqan Məmmədov Azadlıqradiosuna müsahibə verərək məhkəmə prosesi zamanı müttəhim ona qarşı sürülən ittihamların heç birini qəbul etməyib. O, Elşən Mustafaoğlunun günahsız olduğunu və hökmdən apelyasiya şikayəti veriləcəyini, bəraət alana qədər bütün mümkün hüquqi vasitələrdən istifadə edilicəyəni bildirib. Qeyd edək ki,Elşən Mustafaoğlu Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşı, həmin institutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur. 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub. 2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub. 30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir. Ailəlidir, 2 qızı, 1 oğlu var. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2016 12:12 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |