|
|
Bu gün Xankəndi şəhərinin ermənilər tərəfindən işğalından 25 il ötürXankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb. Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub. İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb. Xankəndinə onlarla tarixi abidə, 20-dən çox məscid,bir neçə məbəd və ziyarətgah işğal altında qalıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Dekabr, 2016 10:36 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |