|
|
2020-ci ilədək dünyada 1,6 trilyon dollar dəyərində halal qida və içkilər istifadə olunacaqBu günlər İstanbulda Türkiyədə halal məhsullar üzrə beynəlxalq 7-ci "Halal Expo" sərgi-konfras keçirilir.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, halal sektorunun inkişafına töhfələr vermək məqsədilə keçiriləcək bu sərgi konfrans 15-18 dekabr tarixlərində İstanbul şəhərində keçirilir.
Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü konfansda çıxış edib və deyib ki, dünyada müsəlmanların sayı 1,8 milyardı keçib və buna görə halal xidmət və qida məhsullarına dünyada təlabatda artıb.
O əlavə edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, 2014-cü ildə dünyada qida və içkiyə 6,7 trilyon dollar xərclənib ki, bunun 1,1 trilyon dolları halal qida və içki ticarətinə məxsusdur. “Son illərdə sabit bir şəkildə artım göstərən bu rəqəm 2020-ci ilə qədər 1,6 trilyon dollara çatacağı təxmin edilir.”
Qeyd edək ki, Türkiyədə keçirilən sərgi-konfrans çərçivəsində “Halal qida sənayesi”, “İslami maliyyənin təmini”, “Halal turizm”, “İslami həyat tərzi”, “Halal kosmetika və əczaçılıq məhsulları” sahəsində seminarlar təşkil olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2016 12:05 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |