
Bu günlər İstanbulda Türkiyədə halal məhsullar üzrə beynəlxalq 7-ci "Halal Expo" sərgi-konfras keçirilir.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, halal sektorunun inkişafına töhfələr vermək məqsədilə keçiriləcək bu sərgi konfrans 15-18 dekabr tarixlərində İstanbul şəhərində keçirilir.
Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü konfansda çıxış edib və deyib ki, dünyada müsəlmanların sayı 1,8 milyardı keçib və buna görə halal xidmət və qida məhsullarına dünyada təlabatda artıb.
O əlavə edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, 2014-cü ildə dünyada qida və içkiyə 6,7 trilyon dollar xərclənib ki, bunun 1,1 trilyon dolları halal qida və içki ticarətinə məxsusdur. “Son illərdə sabit bir şəkildə artım göstərən bu rəqəm 2020-ci ilə qədər 1,6 trilyon dollara çatacağı təxmin edilir.”
Qeyd edək ki, Türkiyədə keçirilən sərgi-konfrans çərçivəsində “Halal qida sənayesi”, “İslami maliyyənin təmini”, “Halal turizm”, “İslami həyat tərzi”, “Halal kosmetika və əczaçılıq məhsulları” sahəsində seminarlar təşkil olunur.