|
• DünyadaRamzan Kadırov sərxoş YNH günahkarlarının müsəlman adətləri ilə dəfninə qarşı çıxıbÇeçenistan rəhbəri Ramzan Kadırov respublika imam və mollalarını yol-nəqliyyat hadisələrinin(YNH) sərxoş günahkarları üçün cənazə namazı qılmamağa çağırıb. Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Çeçenistan lideri belə insanların islam adətləri üzrə dəfn edilməyə layiq olmadıqları qənaətindədir. “Əgər insan sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək ölübsə, onun dəfni ilə din xadimləri məşğul olmamalıdırlar. Cəmiyyət dəqiq şəkildə anlamalıdır ki, bu insan şüurlu şəkildə, bilərəkdən cinayət törədib.”, - R.Kadırov bildirib. Xatırladaq ki, R.Kadırov bundan əvvəl sükan arxasına sərxoş vəziyyətdə əyləşən şəxsin terrorçu qədər təhlükəli olduğunu bəyan edib. Böyük səs-küy yaradan bu bəyanata səbəb noyabrın 28-də sərxoş sürücünün günahı ucbatından Çeçenistanda baş verən yol qəzasıdır. Həmin qəza nəticəsində 7 nəfər həyatını itirmişdi. Bundan sonra respublikada sahibkarların şəxsi təşəbbüsləri ilə bütün alkoqollu içki məntəqələri bağlanılıb. KİV-in məlumatına əsasən, hadisə günahkarının qohumları respublikanı tərk ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2016 09:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |