إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: İmam Hüseyn məktəbi harada varsa, orada əmin-amanlıq var

Dünyanın dörd bir yanında keçirilən mərasimlər onu göstərir ki, İmam hüseyn yaşadı və onun düşmənləri məhvə məhkum oldular, tarix onun qatillərinin də, özünün də qiymətini verdi.

Ahlibeyt.az İnteraz-a istinadən xəbər verir ki, bunu ilahiyyatçı Hacı Şahin Həsənli Məşədi Dadaş məscidində Aşura ilə bağlı keçirilən mərasimdə deyib. Onun sözlərinə görə, biz şəhidliyin zülmə, zorakılığ, təcavüzə qalib gəldiyi günü qeyd edirik.

“İmam Hüseyn və onun məktəbi zorakılığın əleyhinədir. İmam hüseyn uşaq başı kəsənlər, qadın-uşağa rəhm eləməyənlər qarşısında dayanıb. Bu gün də İmam Hüseynin düşmənlərinin varisləridir ki, dünyanın hər bir yerində terror törədirlər, qan tökürlər, günahsız insanları qətlə yetirirlər. Amma İmam Hüseyn məktəbi harada varsa, orada əmin-amanlıq var. Çünki İmam Hüseyn zorakılığa qarşıdır”, - Hacı Şahin deyib.

İlahiyyatçı vurğulayıb ki, İmam Hüseyn bizim böyük dərsimizdir: “İmam Hüseynin davası, savaşı insaniyyət uğrunda idi. İmam Hüseyn bir şam kimidir. Yanır, başqalarının yolunu işıqlandırır.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2016  18:39 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!