|
• Dünyada"Ənsarullah" hərəkatı Səudiyyənin Sənada tərətdiyi qətliamının qisası üçün ümumi səfərbərlik elan etdi“Ənsarullah” hərəkatının və Husilərin lideri Seyid Əbdülmalik əl-Husi Sənada baş verən dəhşətli qətliamın qisasını alamq üçün ölkədə ümummilli səfərbərlik elan etdi. İslam.az eastnews-a istinadla xəbər verir ki, bunu “Ənsarullah” lideri Səudiyyə Ərəbistanının yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan aviasiya zərbələrindən sonra etdiyi televiziya çıxışı zamanı səsləndirib. “Ənsarullah” lideri Səna şəhərində baş verən qətliamın bir nömrəli günahkarı və məsuliyyətinin ABŞ-da olduğunu bildirib. Əbdülmalik əl-Husi Sənada baş verən qətliamın səbəbi kimi ABŞ və Səudiyyə Ərəbistanın kasıb Yəmən xalqı ilə döyüşdə məğlub olmasının göstəricisi olduğunu vurğulayıb. “Yəmənliləri qətl etməyə sürükləyənlər mənəvi baxımdan iflasa uğrayan toplumlardı. Səudiyyə Ərəbistanın yəmənliləri ABŞ silahları və hərbi təyyarələri ilə qətlə yetirir. Onlar ABŞ-ın verdyi koordinatlarla zərbələr endirir”, - deyə Husi lider bildirib. Bundan əlavə Husi lider Səudiyyə Ərəbistanın bu cinayətləri ABŞ-ın dəstəyi olmadan da edə bilməyəcəyini vurğulayıb. Qeyd edək ki,"Ənsarullah" lideri Səud rejiminə tarixdə görünməyən intiqam üçün ümumi səfərbərlik çağırışı edib və bildirib ki, intiqam üçün Səudiyyə Ərəbistanı rejiminin sərhədinə doğru hərəkət edək. Üzrü olmayan evində oturmasın.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2016 14:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |