
“Ənsarullah” hərəkatının və Husilərin lideri Seyid Əbdülmalik əl-Husi Sənada baş verən dəhşətli qətliamın qisasını alamq üçün ölkədə ümummilli səfərbərlik elan etdi.
İslam.az eastnews-a istinadla xəbər verir ki, bunu “Ənsarullah” lideri Səudiyyə Ərəbistanının yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan aviasiya zərbələrindən sonra etdiyi televiziya çıxışı zamanı səsləndirib.
“Ənsarullah” lideri Səna şəhərində baş verən qətliamın bir nömrəli günahkarı və məsuliyyətinin ABŞ-da olduğunu bildirib. Əbdülmalik əl-Husi Sənada baş verən qətliamın səbəbi kimi ABŞ və Səudiyyə Ərəbistanın kasıb Yəmən xalqı ilə döyüşdə məğlub olmasının göstəricisi olduğunu vurğulayıb.
“Yəmənliləri qətl etməyə sürükləyənlər mənəvi baxımdan iflasa uğrayan toplumlardı. Səudiyyə Ərəbistanın yəmənliləri ABŞ silahları və hərbi təyyarələri ilə qətlə yetirir. Onlar ABŞ-ın verdyi koordinatlarla zərbələr endirir”, - deyə Husi lider bildirib. Bundan əlavə Husi lider Səudiyyə Ərəbistanın bu cinayətləri ABŞ-ın dəstəyi olmadan da edə bilməyəcəyini vurğulayıb.