إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçı alim Hacı Şahin Həsənlinin "Məhərrəm Xütbələri" saytımızdan izlənə bilinəcək

Oktyabr ayının 2-si gün qürub etdikdən sonra (şam azanı zamanı)qəməri təqvimi ilə Məhərrəm ayının ilk gecəsi daxil olur və oktyabrın 3-ü Məhərrəm ayının ilk günüdür

Ahlibeyt.az-ın verdiyi xəbərə, "Məşədi Dadaş" məscidində Həzrət Seyyidüşşühəda İmam Hüseynin (əleyhissalam) əza məclisləri oktyabrın 3 -dən etibarən hər axşam saat 20:00-da keçiriləcək.

Bildirək ki, Məhərrəm ayı xütbələri ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli tərəfindən oxunacaq.

Saytın izləyicilərinin  nəzərinə çatdırırıq ki,bu il "Məhərrəm Xütbələri" saytımızda yerləşdiriləcək,həmçinin mobil telefon və planşet sahiblərinin xüsusi proqram yukləmədən xütbələri daha asanlıqla dinləməsi üçün   xüsusi linklər yerləşdiriləcəkdir.

Qeyd edək ki,xütbələrin üzünün köçürülməsi,çoxaldılaraq paylanması,youtube və buna bənzər şəbəkələrdə yerləşdirilməsinə icazə verilmir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2016  13:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!