إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məhərrəm ayının ilk gününün müstəhəb əməlləri

Bu axşam oktyabrın 2-si gun batdıqdan sonra(məğrib azanı zamanı) hicri-qəməri təqvimi ilə Məhərrəm ayı daxil olur -Sabah Məhərrəm ayının ilk günüdür.

Əhli-Beyt(ə) davamçılarının əsas xüsusiyyətlərindən biri İmam Hüseynə(ə) hər il təziyə saxlamaqdır. 14 əsrdir ki, müsəlmanlar eyni hadisəni hər il qeyd edərək İmam Hüseynə(ə) göz yaşı axıdırlar.İmam Hüseynin(ə) Kərbəla qiyamının əhəmiyyəti nə qədər mühümdürsə, əzadarlığın həmin qiyamın ruhiyyəsinin yaşadılmasında əhəmiyyəti bir o qədərdir.

Rəvayətlərdə nəql olunur ki, bütün ilahi peyğəmbərlər(ə) İmam Hüseynə(ə) əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmmədin(s) İmam Hüseyn(ə) kiçik olarkən ona yas saxladığı barədə deyilir. Elə İmam Hüseynin(ə) Kərbəlada şəhid olacağını Peyğəmbər(s) özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı tövsiyə etmişdi.

Sual yarana bilər ki, niyə məhz ağlamaq? Olmazdırmı ki, hansısa tədbirlər, məsələn  qanvermə aksiyaları və yaxud elmi-praktiki konfranslar keçirilsin? İslam əlbəttə ki, bütün xeyriyyə işləri alqışlayır ancaq İmam Hüseyn(ə) məktəbinin, İslam həqiqətlərinin yaşanması üçün quru və hissiz tədbirlər azdır.

İmam Hüseynin(ə) qiyamı ictimai bir hadisədir. Onun məqsədi insanların daxilində mənəvi inqilab yaratmaqdır. İmam Hüseynə(ə) əzadarlıq həm cəmiyyətin ictimai şüurunun oyanması həm də ayrı-ayrı fərdlərin mənəvi islahına xidmət edir. Əza saxlayan şəxs isə hissi baxımdan İmam Hüseynə(ə) bağlanır və xəyalən özünü Kərbəlada hiss edir. Eyni zamanda əqlən də hadisənin ictimai əhəmiyyətini anlayır.

Məhərrəm ayı İmam Hüseynin (ə.s.) matəm ayı olması ilə yanaşı məhərrəm ayının ilk gecəsində yeni qəməri il başlayır. Məhərrəm ayının ilk gecəsi 2 rükətli namaz qılmaq müstəhəbdir. Namazın “məhərrəm ayının ilk gecəsinin namazı” niyyəti ilə qılınır və hər rükətdə “Fatihə”dən sonra 11 dəfə “İxlas” surəsi oxunur.

İlk gecəni əhya saxlayıb ibadətdə keçirmək də müstəhəbdir. Bütün gecəni ayıq qala bilməyənlər bacardıqları qədər əhya saxlaya bilərlər.

Məhərrəm ayının ilk 9 günü xüsusən birinci günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər.

Habelə, məhərrəm ayının ilk günündə də iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur:

«اللّهم انت الاله القدیم و هذه سنةٌ جدیدةٌ فاسئلك فیها العصمة من الشیطان و القوَّة علی هذه النّفس الامّارة بالسُّوء»

"Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu"

“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2016  13:33 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!