إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qahirədə əl-Əzhər alimi şəhid olub

əl-Əzhər Universitetinin nəzdində fəaliyyət göstərən və Misirin müftisi Əli Cümənin başçılıq etdiyi Fətvalar Komitəsi bildirib ki, komitənin üzvü İmad İffət dünən gecə Qahirədə polislərlə inqilabçılar arasında qarşıdurma baş verən ərazidə polisin açdığı atəş nəticəsində həyatını itirib.

Əli Cümə bəyanat yayaraq elan edib ki, "Darul-Fətva" İmad İffətin vəfat etməsilə bağlı təəssüf edir və onu şəhidlərdən hesab edir.

Həmçinin bəyanatda misirlilərdən xahiş edilir ki, qarşıdurmalardan çəkinsinlər və bununla başqalarının qanlarının axıdılmasına səbəb olmasınlar.

Xatırladaq ki, dünən Cümə namazından sonra küçələrə çıxan qahirəlilər yeni təyin olunmuş baş naziri qəbul etmədiklərini bəyan ediblər. Gecə etirazçıların düşərgəsinə hücum edən hərbçilər onlarla etirazçını döymüş və yaralamışlar. Həmçinin hücum zamanı 8 nəfər həyatını itirmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2011  15:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!