|
“Radikal dindar siyasi müxalifətə qoşulanda İŞİD əmələ gəlir” - Hacı Şahin“Son həftə dindarların müxalifətə dəstək verdiyini görüntüləməyə çalışan bəzi dairələr artıq təcrübədən çıxmış bir metoda əl atmağa çalışırlar. Şimali Afrika və Yaxın Şərq ölkələlərində də xaricdən yönəldilən liberal müxalifətlə islamçılar əl-ələ verərək üsyan etməyə çalışdılar. Lakin, nəticədə qocaman dövlətlər param-parça olaraq İŞİD kimi radikal təşkilatların qan suladığı meydana çevrildilər. Müsəlman millətlərin məzhəb qarşıdurmasında boğulmasına, dövlətçilik və müstəqilliklərini itirməsinə mane olmaq bütün müsəlman aləminin vəzifəsidir”. Ahlibeyt.az-ın məlumatına görə,bu sözləri "Qafqazinfo"-ya açıqlamasında Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib. Ş.Həsənlinin sözlərinə görə, radikal dindarların siyasi müxalifətlə birləşməsi nəticəsində İŞİD kimi qruplaşmalar meydana çıxır: “Bu gün Azərbaycanda da oxşar oyunu həyata keçirmək istəyirlər. Daim Azərbaycanda dini dəyərləri məzxərə edən, dinin milləti geriyə aparan amil olduğunu deyən liberal düşərgə heç zaman müsəlmanların yanında olmadı. Əksinə, bu millətin müqəddəsatına haradasa kimsə dil uzadırdısa, bu gün camaatı küçələrə çağıran qüvvələrlə birbaşa əlaqəli idi. Uzun illərdir özlərinə bağlı mətbu orqanlarında xalqın dini dəyərlərinə qayıtmasından narahat olaraq, təhqir etmədikləri dini müqəddəsat qalmamışdı. Nəhayət, həmişə seçkilər və digər mühüm siyasi hadisələr öncəsi davrandıqları kimi bu dəfə də həmin düşərgə təmsilçiləri dindən sui-istifadə etmək qərarına gəldilər. Sanki müstəqillik əldə olunan gündən dini özlərinə siyasi rəqib bilən, öz ambisiyalarına mane görən və hər fürsətdə dini gözdən salmağa çalışan onlar deyildi. Amma hər dəfə olduğu kimi bir daha vurğulayırıq ki, dindar dedikdə bütün Azərbaycan xalqı nəzərdə tutulmalıdır. Xalqın mütləq əksəriyyəti inanclı olduğu halda, ateistləri ciddi bir kəsim kimi təqdim etmək, üstəlik cəmiyyətimizi dindar-ateist qütbünə bölmək yolverilməzdir. Belə bölgü reallığı əks etdirmir, hələ üstəlik xalqın inancını şübhə altına qoyur”. Şahin Həsənli qeyd edib ki, bu aksiyalarda dini şüarlardan istifadə etmək yolverilməzdir: “Çünki bu şüarla gah bir qrupun, gah digərinin aksiyasında istifadə olunsa, dini şüarlar dəyərdən düşə xalqın dini dəyərlərə münasibəti zədələnə bilər. Azərbaycan həmişə öz tolerant mühiti, dini dözümlüyü ilə seçilən bir ölkə olub. Habelə, Azərbaycanda formalaşmış özünəməxsus din-dövlət münasibətlərini ehtiva edən bir model var. Bu modelin sarsılması dövlətçiliyin özünə mənfi təsir göstərə bilər. Bu gün Azərbaycan müsəlman dünyasının tərkib hissəsi olaraq həm də ciddi təhdidlərlə üzləşə bilər. Bu təhdidlərin başlıcası radikal cərəyanlardır ki, üzə çıxmaq üçün bir fürsət gözləyirlər. Onların arxasında dindarları özünə tərəf çəkmək istəyən müxalifətin havadarları durub. Qafqaz kimi mühüm strateji bir yerdə, İran, Rusiya və Türkiyə kimi ölkələrin arasında yerləşən Azərbaycanda vəziyyətin gərginləşməsi Qərbin öz düşmənləri ilə hesablaşmaq məqsədi daşıyır, Azərbaycan xalqına xoş həyat bəxş etmək yox. Bu gün də Azərbaycanda movcud olan ictimai-siyasi sabitliyi gözü götürməyən bəzi dairələr dövlətçiliyimiz və milli kimliyimizi təhlükə altına qoymaq istəyirlər. Bu gün hər şeydən mühüm dövlətimizin müstəqilliyi və xalqımızın birliyidir. Ona görə də, siyasi baxışından, dini mənsubiyyətindən asılı olmayaraq millətini sevən hər kəs bütün ixtilafları unudub dövlətçilik ətrafında birləşməlidirlər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2016 21:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |