إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İspaniyada İslam Universiteti fəaliyyətə başlayıb

Məqsəd internetdə yayılan zərərli dini təbliğata, ekstremist ideyalara qarşı mübarizə aparmaqdır

Ahlibeyt.az-ın İnterAz-a istinadən verdiyi xəbərə görə, ölkədə ilk belə təhsil müəssisəsi olan universitetdə yerli məscidlər üçün kadrlar hazırlanacaq, İslam dini onu öyrənmək istəyənlərə akademik səviyyədə tədris olunacaq.

Universitetin yaradıcısı Rəşid Butrabux bildirib ki, əsas məqsəd internetdə yayılan zərərli dini təbliğata, ekstremist ideyalara qarşı mübarizə aparmaqdır.

İspaniya İslam Təşkilatları Federasiyası da bu ölkədə yaşayan müsəlmanların dini təhsili üçün müəssisənin yaradılması ideyasını dəstəkləyir. Bir neçə aydan sonra federasiyanın özünün də belə bir təhsil mərkəzi yaradacağı planlaşdırılır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2016  15:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!