|
• Mənəviyyat • MənəviyyatQadınların qəbirləri ziyarət etməsinə şəriətimizdə qadağan varmı?Bu barədə alimlərin fikir ayrılığı vardır. İslam dünyasında geniş yayılmış fikrə görə qadınlar da qəbir ziyarətinə gedə bilərlər. Əlbəttə, bu zaman bəzi qaydalara riayət etməlidirlər. Məsələn, qəbristanlıqda ucadan ağlamaq, qışqırmaq, üzünü cırmaq, saçını yolmaq yolverilməzdir. Ümumiyətlə, qadının naməhrəm kişi ilə birlikdə qəbir ziyarətinə getməsi bəyənilmir. Dinimiz hər şeydən əvvəl qadının ehtiramının qorunmasını şərt bilir. Bəzi azsaylı alimlər isə ümumiyyətlə, qadınların qəbir ziyarətinə getmələrini icazəli bilmirlər. Qeyd edək ki, qadınların dəfn mərasimində iştirak etməsi hamı tərəfindən arzuolunmaz hal kimi qəbul edilir. Çünki qadın emosional cəhətdən həssas olduğu üçün naməhrəm kişilərin yanında səsini ucaldaraq ağlayıb ah-nalə edəcək, bununla da dini qaydaları pozmuş olacaq. Mənbə islam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2016 12:14 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |