25 Avqust, 2016
Qadınların qəbirləri ziyarət etməsinə şəriətimizdə qadağan varmı?

Bu barədə alimlərin fikir ayrılığı vardır. İslam dünyasında geniş yayılmış fikrə görə qadınlar da qəbir ziyarətinə gedə bilərlər. Əlbəttə, bu zaman bəzi qaydalara riayət etməlidirlər.

Məsələn, qəbristanlıqda ucadan ağlamaq, qışqırmaq, üzünü cırmaq, saçını yolmaq yolverilməzdir. Ümumiyətlə, qadının naməhrəm kişi ilə birlikdə qəbir ziyarətinə getməsi bəyənilmir.

Dinimiz hər şeydən əvvəl qadının ehtiramının qorunmasını şərt bilir. Bəzi azsaylı alimlər isə ümumiyyətlə, qadınların qəbir ziyarətinə getmələrini icazəli bilmirlər.

Qeyd edək ki, qadınların dəfn mərasimində iştirak etməsi hamı tərəfindən arzuolunmaz hal kimi qəbul edilir. Çünki qadın emosional cəhətdən həssas olduğu üçün naməhrəm kişilərin yanında səsini ucaldaraq ağlayıb ah-nalə edəcək, bununla da dini qaydaları pozmuş olacaq.

Mənbə islam.az

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5636.html