|
|
“Rəhiməxanım Ziyarətgahı” icması fəaliyyətini dayandırıbNardaran qəsəbəsi “Həzrəti Rəhiməxanım Ziyarətgahı” icması təsisçilərinin 12 avqust tarixli iclasının qərarına əsasən Ədliyyə Nazirliyi Kollegiyasının icmanın fəaliyyətinə icazə verən 13 oktyabr 1993-cü il qərarı ləğv edilib. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə İslam.az “Respublika” qəzetinə istinadən xəbər verib.
Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Nardaran qəsəbəsindəki “Həzrəti Rəhiməxanım Ziyarətgahı dini icması ləğv edilib.
Bununla yanaşı dini icma özünü buraxması ilə bağlı hər hansı məlumat yaymayıb və Ədliyyə Nazirliyinin qərarına münasibət bildirməyib.
Nardaran piri VIII əsrə aiddir. Bu pirdə imam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşir. O, Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarından biridir. O, öz ailəsi ilə birgə bu kəndə pənah gətirərək burada yaşayıb və elə burada da dəfn olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2016 13:10 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |