|
• DünyadaHeydər əl-Abadidən yeni Mosul açıqlamasıİraq Baş Naziri Heydər əl-Abadi dünən Mosulun İŞİD terror təşkilatından azad edilməsinin 1-ci və 2-ci mərhələsinin başa çatdığını və İraq qüvvələrinin bu əməliyyatın 3-ci mərhələsinə başlamaqda olduğunu bildirib. Ahlibeyt.az-ın eastnews.org-a istinadən məlumata görə, Mosulun azad edilməsi əməliyyatının gecikməsini istəyənlərə xəbərdarlıq edən əl-Abadi terror təşkilatı İŞİD ilə mübarizənin təkcə İraq deyil, beynəlxalq bir müharibə olduğunu dilə gətirib. İraq müdafiə naziri Xalid əl-Ubeydi Mosulun azad edilməsi vaxtının yaxınlaşdığını bildirib. Əl-Ubeydi başda kürd peşmərgələr və könüllü xalq qüvvələri olmaqla bütün iraqlı qüvvələrin Mosulun azad edilməsi əməliyyatında iştirak etmələri zərurətinə toxunub. Qeyd edək ki, İŞİD terror təşkilatı 10 iyun 2014-cü il tarixində İraqın paytaxtı Bağdaddan 400 km məsafədə yerləşən və ölkənin ikinci böyük şəhəri, Neynəva rayonunun ortasındakı Mosulu işğal edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2016 12:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |