12 Avqust, 2016
Heydər əl-Abadidən yeni Mosul açıqlaması

İraq Baş Naziri Heydər əl-Abadi dünən Mosulun İŞİD terror təşkilatından azad edilməsinin 1-ci və 2-ci mərhələsinin başa çatdığını və İraq qüvvələrinin bu əməliyyatın 3-ci mərhələsinə başlamaqda olduğunu bildirib.

Ahlibeyt.az-ın eastnews.org-a istinadən məlumata görə, Mosulun azad edilməsi əməliyyatının gecikməsini istəyənlərə xəbərdarlıq edən əl-Abadi terror təşkilatı İŞİD ilə mübarizənin təkcə İraq deyil, beynəlxalq bir müharibə olduğunu dilə gətirib.

İraq müdafiə naziri Xalid əl-Ubeydi Mosulun azad edilməsi vaxtının yaxınlaşdığını bildirib. Əl-Ubeydi başda kürd peşmərgələr və könüllü xalq qüvvələri olmaqla bütün iraqlı qüvvələrin Mosulun azad edilməsi əməliyyatında iştirak etmələri zərurətinə toxunub.

Qeyd edək ki, İŞİD terror təşkilatı 10 iyun 2014-cü il tarixində İraqın paytaxtı Bağdaddan 400 km məsafədə yerləşən və ölkənin ikinci böyük şəhəri, Neynəva rayonunun ortasındakı Mosulu işğal edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5582.html