|
• Mənəviyyat • Mənəviyyat"Məad" - İnsan əbədiyyətə layiq və qadir olan bir varlıqdır"Məad" - axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir. İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Əbədi və xoşbəxt həyatın əsasını təşkil edən iki prinsip - Allahın ədaləti və ilahi hikmət Allahın ədaləti Ədalətin ümumi məfhumu hər hansı bir şeyi öz həqiqi sahibinə çatdırmaqdan ibarətdir. Bir şəxsin öz haqqından məhrum və başqa birinin buna sahib olması zülm və ədalətsizliyin bərqərar olması deməkdir. Ədalətin bərqərar olunması üçün bəzən bərabərliyə diqqət yetirmək lazımdır. Bərabərlik deyildikdə, hamıya eyni gözlə baxmaq nəzərdə tutulur. Yəni hər bir şəxsin haqqı lazım olan həddə ödənilməlidir. Çoxa layiq olan çox, aza layiq olana isə az verilməlidir. Belə olduqda heç bir ayrı-seçkiliyə yol verilməyir. Amma bəzən bərabərlik deyildikdə, hamının eyni qaydada təmin olunması nəzərdə tutulur. Bu isə ədalət prinsiplərinin tam ziddinədir. Belə ki, hər bir şəxs öz zəhmət və istedadına müvafiq olaraq təmin olunmalıdır. Birinin çox, digərinin isə həddindən artıq az zəhmət çəkməsinə ictimaiyyətdə xüsusi diqqət yetirilməlidir və bərabərlik şüarı altında onların hamısını eyni qaydada təmin etmək ədalətdən uzaq olar. Demək Allahın ədaləti deyildikdə ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, hər bir varlıq ilahi nemətlərlə bacarıq və istedadı çərçivəsində təmin olunur. Nəyin və ya kiminsə, nədənsə məhrum olması heç də ədalətsizlik deyildir. Sadəcə olaraq həmən varlıq məhrum olduğu şeyi ixtiyarında saxlaya bilməsindən və ona malik olmağa qüdrəti çatmamasından irəli gəlir. İnsan digər canlılardan fərqli olaraq, özünəməxsus istedad və bacarığa malikdir. Heyvanlar bütün işlərini təbii qanunlar əsasında yerinə yetirirlərsə, insan öz həyat və fəaliyyətini şüur və düşüncə ilə həyata keçirir. O, əxlaq, elm, zövq və digər ilahi xüsusiyyətlərə malik olduğu üçün digər varlıqlardan daha üstün hesab olunur. O, bəzən hər şeyi öz hədəflərinə nail olmaq üçün qurban verir. Quran insanın səadət və xoşbəxtliyini iman və xeyirli işlərdə görür. O, əbədi həyat arzulayan və Allahın razılığını qazanmaq istəyən bir varlıqdır. Çünki insan əbədi həyat arzulamaqla yanaşı ona doğru sövq olunur. Demək insan əbədiyyətə layiq və qadir olan bir varlıqdır. İnsan ruhunu maddiyyat təşkil etmir. O, daim kamala doğru hərəkət edir. İnsanın dünyəvi həyatı axirət dünyası ilə müqayisə edildikdə, onun dünyəvi həyatı ana bətnindəki doqquz aylıq mərhələyə bənzəyir. Belə ki, ana bətnində görmə, əsəb, eşitmə, cinsi orqan, qan dövranı, tənəffüs və sair orqanlar ixtiyarında olsa belə, onlardan istifadə edə bilmir. O, bütün bunlardan yalnız dünyaya gəldikdən sonra bəhrələnə bilir. Bu dünyada da o, görmə, eşitmə və sair qabiliyyətlərə malik olmağına baxmayaraq, bu dünyada axirətdə müşahidə edəcəyi həqiqətləri dərk etməyə qadir deyil. İnsan özünün iman və xeyirxah işləri ilə həyatdan zövq alır. İman və xeyirxah işlər yalnız insanın əbədi həyatında və əbədi həyatı üçün özünün həqiqi məna və məfhumunu kəsb edir. İnsan əbədi həyata yalnız iman və xeyirxah işləri ilə deyil, küfr və dinsizliklə də nail olur.Amma bu əbədi həyat din, iman və xeyirxah işlərlə əldə olunan həyatdan çox fərqlidir. Quran bu əbədi həyatı əzab-əziyyət, işgəncə və bədbəxtçiliklərlə dolu olan «cəhənnəm» adlandırır. Heç də belə təsəvvür etmək lazım deyil ki, insan iman və xeyirxah işləri tərk etməklə heyvanlıq (şüursuzluq) dərəcəsinə enəcəkdir. Xeyr. Belə olduqda Quran insanın ondan da aşağı mərhələyə endiyini bəyan edir. Yəni insan heyvandan daha aşağı mərhələyə enir və Allahla olan rabitəsini birdəfəlik qət edir. Əgər əbədi bir həyatın varlığını qəbul etməsək, onda ilahi qanunlar çərçivəsində yaşayıb saleh işlər görən insanlarla, qanuna tabe olmayıb bəyənilməyən və nalayiq işlər görən insanları ədalətə riayət etməyən müəllim və şagirdlərin misalına çevrilir. Belə ki, müəllim il boyu zəhmət çəkib dərs oxuyan və imtahanda müvəffəqiyyət qazanan şagirdlərlə yanaşı, əsla dərsə diqqət yetirməyən, sinifdə ədəb qaydalarına riayət etməyib imtahanda da müvəffəqiyyət əldə etməyən şagirdlərə yüksək və eyni qiymət verir və yaxud onların hər ikisini yüksək qiymətdən məhrum edir. Bu isə zülm və ədalətsizlikdir. Ardı var... Ayətullah Mürtəza Mütəhhəri(Əbədi Həyat) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2016 14:22 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |