إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Məad" - Allah-taala bütün məxluqatı müəyyən hədəf və məqsəd üçün yaratmışdır

"Məad" - axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir.

İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

Bahar gəldiyi zaman qiyaməti çox yad edin.

«Fatir» surəsinin 9-cu ayəsində deyilir:

«Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz o buludları quru [ölü] bir məmləkətə tərəf qovub onunla torpağı, öldükdən sonra dirildirik. Ölüləri diriltmək də belədir.»

«Həcc» surəsinin 5-7-ci ayələrində deyilir:

«Sən yer üzünü qup-quru görərsən. Biz ona yağmur endirdiyimiz zaman, o hərəkətə [cana] gəlib qabarar [yaxud xəmir kimi acıyar] və hər növ gözəl [meyvədən, bitkidən] bar gətirər.

Bu [insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi] ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir.

[Bu həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki] qiyamət günü mütləq gələcəkdir ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcək!»

Bu ayələrdə qiyamətin zəruriliyi bəyan olunur və burada iki mühüm məsələyə toxunulur:

1.Allahın ədaləti; Bütün məxluqat öz istedad və bacarıqlarına müvafiq olaraq, ilahi nemətlərdən bəhrələnmişdir. Onların birinin nə haqqı tapdalanmış, nə də digərinə üstünlük verilmişdir.

2. İlahi hikmət – Allah-taala bütün məxluqatı müəyyən hədəf və məqsəd üçün yaratmışdır. Onların hər biri Allah tərəfindən nəticə və kamala doğru sövq edilir.

Qurani-kərimdə deyilir: Axirət dünyası olmazsa, demək varlıqlar əbəs və hədər yerə yaradılmışlar.Dünyada baş verən bütün işlər və yaradılmış bütün məxluqat ilahi hikmət prinsipləri əsasında həyata keçmişdir.

Quranın bir çox ayələrində ayrı-ayrılıqda Allahın ədalət və hikmətinə işarə edilmişdir.

- «Sad» surəsinin 27-28-ci ayələrində qiyamət gününü unudaraq haqq yoldan azmış və şiddətli əzaba düçar olmuş şəxslərin aqibəti bəyan olduqdan sonra deyilir:

«Biz göyü, yeri və onların arasında olanları [bütün məxluqatı] boş-boşuna yaratmadıq. Bu, kafirin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!

Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yeri üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?»

- «Casiyə» surəsinin 21-22-ci ayələrində deyilir:

«Yoxsa dünyada pis əməllər edənlər [axirətdə] onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! [Dünyada naz-nemət içində yaşayan kafirlər: «Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!» – deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. [Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş möminlərə məxsusdur]. Allah göyləri və yeri haqq-ədalətlə yaratmışdır ki, [onlar Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət etsin] və hər kəs öz əməlinin əvəzini alsın onlara heç bir haqsızlıq edilməyəcəkdir. [Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır.]»

Birinci ayədə Allahın ədalətinə, ikinci ayədə isə ilahi hikmətə toxunulur və ikinici ayənin sonunda Allahın ədalətinə və qiyamət gününün hədəf olmasına bir daha diqqət yetirilir.

Ardı var...


Ayətullah Mürtəza Mütəhhəri(Əbədi Həyat)

Əvvəli: http://ahlibeyt.az/news/a-5278.html

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2016  12:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!