إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər

Allah-Təala Qurani-Kərimdə buyurur:

«Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göyün və yerin bərəkətlərini üzlərinə açardıq. Lakin onlar peyğəmbərləri təkzib etdilər. Biz də əməllərinin cəzası olaraq onları yaxaladıq.» (Əraf-96)

Allahın Peyğəmbəri (s):

"Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina."

Həzrət Əli buyurur:

"Allaha and olsun ki,heç bir millət naz və nemətin ağuşundan götürülməmişdir,məgər düçar olduğu günahlarına görə.Çünki Allah bəndələrinə heç bir zaman zülmü rəva bilməz"

"Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər."

"Ədalətlə bərəkətlər qat-qat artır

İmam Sadiq (ə) buyurub:

“Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik.”

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2016  16:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!