إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Aşurbəy" məscidi təmirə bağlandı

İçərişəhərdə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar orada yerləşən tarixi "Aşurbəy" məscidinin müvəqqəti olaraq bağlanacağı planlaşdırılır.

Ahlibeyt.az-ın virtualaz.org-a istinadla verdiyi xəbərə görə, bu məscid 12-ci əsrdə Səlcuqluların hakimiyyəti zamanı Aşurbəy tərəfindən tikilib və Azərbaycan müstəqillik əldə edənə qədər fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərində "Samur" cəmiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək mədəniyyət mərkəzi üçün yer ayrılmasını xahiş etdi.

Məhz həmin dövrdə məscid "Ləzgi məscidi" adlandırıldı və bir müddət hətta sadvalçıların nəzarətinə keçdi. Daha sonra bu məscid vəhhabi missionerlərin forpostuna çevrildi və artıq orada tez-tez müxtəlif terror təşkilatlarının nümayəndələrini görmək olurdu.

Qafqaz Müsəlmanları İdarəsi və digər din nümayəndələri uzun müddət məscidin rəhbərlərinə izah etməyə çalışdılar ki, buranın "Ləzgi məscidi" adlandırılması, ümumiyyətlə ibadət yerlərinin hansısa milli mənsubiyyətlə bağlanması müsəlman dininin özünün qayda və tələblərinə ziddir.

Nəhayət, Bakıya turist axını səbəbindən İçərişəhərdə genişmiqyaslı təmir və yenidənqurma işləri başladı və bu təbii ki, "Aşurbəy" məscidindən də yan keçmədi.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, təmir başa çatdıqdan dərhal sonra məscid yenidən açılacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyul, 2016  12:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!