|
İran səfiri: “Müsəlman aləmindəki münaqişələri İslam həmrəyliyi sayəsində aradan qaldırmaq mümkündür”İran səfirliyi tərəfindən təşkil edilmiş iftar süfrəsinə Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı, diplomatik korpus, ictimaiyyət və media nümayəndələri dəvət ediliblər.
Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən iftar süfrəsi zamanı çıxış edən səfir Möhsün Pakayin bildirib ki, bu gün Ramazanın sonuncu cümə günü, Qüds günüdür.
Onun sözlərinə görə, bütün müsəlman aləmi Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməlidir. M. Pakayin həmçinin İstanbulun Atatürk hava limanından törədilən terror aktı ilə əlaqədar Türkiyəli həmkarına başsağlığını çatdırıb: “Biz bu hadisədən çox məyus olduq. Terrorizmin sərhədləri yoxdur. Terrorizmə qarşı həmrəy olmalıyıq. Düşünürəm ki, İslam həmrəyli bu istiqamətdə çox vacibdir və İran daim buna hazırdır. Hesab edirəm ki, Fələstin problemi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi İslam birliyi sayəsində mümkündür”.
İftar süfrəsində çıxışı edən DQİDK sədri M. Qurbanlı bildirib ki, müqəddəs Ramazan İslam dünyasını birləşdirən ən gözəl bayramlardan biridir: “Hazırda dünyada İkinci dünya müharibəsindən sonra 80-ə yaxın münaqişə ocağı qeydə alınıb. 21-ci əsrin 15 ili ərzində bu cür münaqişələrdə 25 milyon insan həlak olub. Təəssüf ki, bu münaqişə ocaqları əsasən İslam dünyasında baş verir. Bunlardan biri də Fələstin münaqişəsidir. Bu münaqişə İkinci dünya müharibəsindən indiyədək davam etməkdədir. Sovetlərin dağılmasından sonra davam edən digər münaqişə Dağlıq Qarabağ münaqişəsidir. Bu cür münaqişələr regional əmin-amanlığa təhdid törədir. Bu cür münaqişələrdə terror, ekstremizm vasitə kimi istifadə edilir”.
M. Qurbanlının sözlərinə görə, bu münaqişələr beynəlxalq hüquq, təşkilatların qəbul etdiyi qətnamələrdən əsasında həll edilməlidir. “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə zamanında riayət edilsəydi, bəlkə də planetimizdə münaqişələrə yer qalmazdı. Fələstin, Dağlıq Qarabağ, Kəşmir bağlı qətnamələr var. Lakin bu qətnamələr yerinə yetirilmir. Yerinə yetirilməyən qətnamələr yeni münaqişə ocaqları yaradır. Bizə xoşdur ki, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə bu münaqişələrlə bağlı ədalətli prinsiplər öz əksini tapıb ”.
Daha sonra çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib ki, Qüds əhalisi artıq 100 ildir ki,mübarizəsini davam etdirir. Səfir həmçinin İstanbulda baş verən terror hücumunu qınayıb: “Türk qardaşlarımızla həmrəylik nümayiş etdiririk. Bizim dinimizi vasitə olaraq istifadə etməyə çalışanlara imkan verməməliyik. İslam ümmətinin üstündəki qara buludların aradan qalxacağına ümid edirəm. Dağlıq Qarabağla yanaşı, müsəlman dünyasında bir çox torpaqlar işğal altındadır. Ümid edirəm vaxt gələcək ki, biz bəşəriyyət qarşısında öz hüquqlarımızı bərpa edə biləcəyik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2016 11:42 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |