|
• DünyadaBəhreyn xalqı Ayətullah İsa Qasimin vətəndaşlığının ləğvinə etirazlarını davam etdirir (Foto)BMT-nin İnsan hüquqları üzrə ali komissar idarəsinin mətbuat katibi Ravina Şamdasani Cenevrədəki brifinqdə bir bəyanatla çıxış edib - Bəhreynin məşhur şiə dini lideri ayətullah İsa Qasimini krallıq vətəndaşlığından məhrumetmə qərarı beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə qanunsuzdur. Bəhreyn xalqının Ali Xəlifə rejiminin Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının ləğvinə etiraz əlaməti olaraq etiraz aksiyaları davam edir. Ahlibeyt.az-ın Maide.az-a istinadən xəbər verir ki, artıq 3 gündür ki, Bəheynin müxtəlif şəhərlərində o cümlədən Musalla,Ali,Deraz və digər bölgələrində insanlar mitinqlər edərək Bəhreyn rejiminin siyasi fəallara qarşı represiyalarını dayandırmağa çağırıblar. KİV-lərin məlumatına görə, Ali Xəlifə rejim qüvvələri mitinq iştirakçılarına bəzi bölgələrdə güc tətbiq edib. İnsanların mitinqini dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə olunub.
Etirazçıların bir qısmı gecəni səhərə kimi Şeyx Qasimin evinin önündə oturaq edib və sübh namazını camaatla evin önündə qılıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2016 12:44 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |